...

Kolumbiyada iğtişaşlar zamanı 30-a yaxın insan yaralanıb

Dünya xəbərləri Materials 28 May 2021 01:07 (UTC +04:00)
Kolumbiyada iğtişaşlar zamanı 30-a yaxın insan yaralanıb

Bakı. Trend:

Kolumbiyanın Hamundi şəhərində etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində ən azı 28 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend-in məlumatına görə, bu barədə şəhərin meri Andres Felipe Ramires bildirib.

O qeyd edib: "Beşi qadın olmaqla 26 mülki şəxs yaralanıb. İki polis əməkdaşı xəsarət alıb".

Şəhər başçısı 18 nəfərin saxlanıldığını da deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti