...

Kolumbiyada bir ay davam edən etirazlarda 2,2 mindən artıq insan xəsarət alıb

Dünya xəbərləri Materials 30 May 2021 08:23 (UTC +04:00)
Kolumbiyada bir ay davam edən etirazlarda 2,2 mindən artıq insan xəsarət alıb

Bakı. Trend:

Kolumbiyada aprelin 28-dən davam edən etiraz aksiyaları zamanı 2 244 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda deyilir: "Aprelin 28-dən mayın 28-dək 1 081 mülki vətəndaş və 1 069 polis əməkdaşı xəsarət alıb".

Qeyd edilir ki, bu müddət ərzində polislər tərəfindən 1 069 etirazçı saxlanılıb, 31 994 ədəd soyuq silah, 1 255 ədəd odlu silah, 551 ədəd pnevmatik silah müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti