...

Kolumbiyada 28 apreldən başlayan etiraz aksiyalarında 2,3 mindən çox insan xəsarət alıb

Dünya xəbərləri Materials 5 İyun 2021 23:20 (UTC +04:00)
Kolumbiyada 28 apreldən başlayan etiraz aksiyalarında 2,3 mindən çox insan xəsarət alıb

Kolumbiyada 28 apreldən davam edən nümayişlər zamanı ən azı 2 359 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq hesabat respublikanın Milli müdafiə nazirliyi tərəfindən təqdim edilib.

"28 aprel - 4 iyun tarixlərində 1 106 mülki şəxs və 1253 polis əməkdaşı yaralanıb", - qurumun "Twitter" səhifəsində yerləşdirilən məlumatında deyilir.

Qeyd olunur ki, bu müddət ərzində 1249 nəfər polis tərəfindən nəzarətə alınıb. Bundan əlavə, hüquq-mühafizə orqanları 40 747 ədəd soyuq, 1 625 ədəd odlu və 691 ədəd pnevmatik silah müsadirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti