...

İraqda xəstəxanada həlak olanların sayı 77 nəfər çatıb

Dünya xəbərləri Materials 13 İyul 2021 11:19 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İraqın cənubundakı NAsiriyyə şəhərində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş vermiş yanğın nəticəsində həlak olanların sayı 77 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə İraq mətbuatı bildirir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Əl-Hüseyn xəstəxanasında oksigen balonu partlayıb. Partlayışdan dərhal sonra yanğın başlayıb.

Aprel ayında paytaxt Bağdadda xəstəxanada baş vermiş partlayış nəticəsində 82 nəfər həlak olmuş, 110 nəfər xəsarət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti