...

Hindistan kriptovalyuta satıcılarından vergi almağa qərar verib

Dünya xəbərləri Materials 2 Fevral 2022 03:54 (UTC +04:00)
Hindistan kriptovalyuta satıcılarından vergi almağa qərar verib

Bakı. Trend:

Hindistan hakimiyyəti virtual rəqəmsal aktivlərdən əldə edilən istənilən gəlirə 30 faiz vergi qoymağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi Maliyyə naziri Nirmala Sitharamana istinadən bildirib.

Kriptovalyuta ticarətçilərinin vergiyə cəlb edilməsi qərarı səbəbsiz olmayıb.

"Virtual rəqəmsal aktiv əməliyyatlarında fenomenal artım müşahidə edirik. Bu əməliyyatların miqyası və tezliyi xüsusi vergi rejimini qabaqcadan nəzərə almağını zəruri edib", - deyə nazir izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti