...

AYİB Moskva və Minskdəki ofislərini bağlayacaq

Dünya xəbərləri Materials 28 Mart 2022 23:32 (UTC +04:00)
AYİB Moskva və Minskdəki ofislərini bağlayacaq

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moskva və Minskdəki ofislərini bağlamaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə AYİB-nin press relizində bildirilib.

Press-relizdə bu qərar “Rusiya Federasiyasının Belarusun köməyi ilə həyata keçirdiyi tədbirlərin qaçılmaz nəticəsi” adlanır.

"Biz Ukraynaya sarsılmaz dəstəyimizi ifadə etməyə davam edirik və artıq Ukrayna və müharibədən zərər çəkən digər ölkələr üçün ilkin 2 milyard avroluq yardım paketi barədə razılığa gəldik", - deyə AYİB-dən qeyd edilib.

AYİB 2014-cü ildən bəri Rusiyada yeni layihələrə investisiya qoymur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti