...

Britaniya hakimiyyəti qanunsuz miqrasiya ilə bağlı proqram təqdim edəcək

Dünya xəbərləri Materials 14 Aprel 2022 06:15 (UTC +04:00)
Britaniya hakimiyyəti qanunsuz miqrasiya ilə bağlı proqram təqdim edəcək

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Boris Conson qeyri-qanuni immiqrasiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş tədbirlər kompleksini təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti bildirib.

Məlumata əsasən, hökumət başçısı immiqrantların qaçaqmalçılığı ilə məşğul olan "qaçaqmalçıların biznes modelini məhv etmək" niyyətindədir:

"Britaniyalılar öz ölkələrinin sərhədlərinə nəzarət etmək üçün bir neçə dəfə səs verdilər. Sərhədləri bağlamamaq, ancaq nəzarət etmək. Biz Avropa İttifaqından çıxmağımıza görə qeyri-qanuni miqrasiyaya nəzarəti bərpa edirik və ölkədə sığınacaq almaq üçün uzunmüddətli plan təqdim edirik".

Böyük Britaniyanın baş nazirinin La-Manş boğazından qeyri-qanuni miqrantların daşınmasının qarşısının alınması üçün əməliyyatların gücləndirilməsini təklif edəcəyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti