...

İsveçrədə hava limanlarının işi bərpa olunub

Dünya xəbərləri Materials 15 İyun 2022 12:04 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrədə Cenevrə və Sürix hava limanllarının işi qismən bərpa olunub.

Trend-in məlumatına görə, bu barədə "Skyguide" aeronaviqasiya xidməti bildirib.

Qeyd olunub ki, ölkə ərazisində hava məkanının bağlanmasına yol açmış texniki nasazlıq aradan qaldırılıb.

Məlumata əsasən, bir sıra uçuşlar təxirə salınsa da, ümumilikdə hava limanlarının işi bərpa edilib.

Xatırladaq ki, səhər saatlarında İsveçrənin hava məkanı bir neçə saat ərzində bağlı qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti