...

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

Dünya xəbərləri Materials 12 İyul 2022 08:14 (UTC +04:00)
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

Bakı. Trend:

Venesuela hakimiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfərinə hazırlaşır.

Trend xəbər verir ki, bunu Venesuelanın Prezidenti Nikolas Maduro missiyasını başa vuran Türkiyənin Karakasdakı səfiri ilə görüşündə deyib.

"Önümüzdəki günlərdə Prezident R.T.Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz bir daha Venesuelanın inkişafına və iqtisadi bərpasına böyük təsir göstərəcək bu səfərə hazırlaşmağa şadıq", - deyə N.Maduro bildirib.

Xatırladaq ki, iyunun əvvəlində N.Maduro Ankaraya səfər edib və R.T.Ərdoğanla görüşüb. Türkiyə Prezidenti Venesuelaya son dəfə 2018-ci ildə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti