...

Ağ Ev Baydenin Si Cinpin ilə gələcək danışıqlarının mövzusunu açıqlamaqdan imtina edib

Dünya xəbərləri Materials 26 İyul 2022 07:31 (UTC +04:00)
Ağ Ev Baydenin Si Cinpin ilə gələcək danışıqlarının mövzusunu açıqlamaqdan imtina edib

Bakı. Trend:

Ağ Ev ABŞ prezidenti Co Baydenin bu həftə Çin prezidenti Si Cinpin ilə telefon danışığı zamanı toxunacağını potensial mövzuları açıqlamaqdan imtina edib.

Trend xəbər verir ki, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ prezidentinin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Mən bu zəng zamanı nələrin müzakirə olunacağı ilə bağlı gündəliyi açıqlamayacağam", - deyə K.Jan-Pyer bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Çinlə ünsiyyət kanallarını açıq saxlayır, köməkçilər səviyyəsində danışıqlar aparılır. "Prezident [Bayden], bildiyiniz kimi, mart ayında prezident Si [Cinpin] ilə danışıb. Mən heç bir elan və ya zəng təsdiqi baxımından prezidentdən irəli getməyəcəyəm", - deyə K.Jan-Pyer əlavə edib.

Xatırladaq ki, daha əvvəl Co Bayden bu həftə ərzində Si Cinpinlə telefon danışığı aparmaq niyyətində olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti