...

İbrahim Kalın Rusiya və Ukrayna arasında danışıqların bərpasını mümkün hesab edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 08:04 (UTC +04:00)
İbrahim Kalın Rusiya və Ukrayna arasında danışıqların bərpasını mümkün hesab edib

Bakı. Trend:

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiya ilə Ukrayna arasında danışıqların bərpasını mümkün hesab edib.

Trend xəbər verir ki, İ.Kalın bu barədə "CNN" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, danışıqlar prosesinin dayandırılması gözlənilən idi. Bununla belə, "müəyyən məqamda danışıqların bərpa olunacağı ehtimalı var".

"Məsələ bizim buna nə vaxt qayıdacağımız və o vaxta qədər nə qədər zərərin dəyəcəyidir", - deyə İ.Kalın bildirib.

Türkiyə Prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiyanın danışıqlarda iştirakı məsələsində daha mühüm məqam var. "Anladığımız qədər, Vladimir Putin Qərblə yeni böyük razılaşma imzalamaq istəyir. Qismən, bu, şübhəsiz, Ukraynaya aiddir. Amma daha böyük məsələ əslində Rusiya ilə Qərb dünyası arasındakı razılaşmadır", - deyə İ.Kalın əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti