...

Ağ Ev demokratların seçkilərdə qələbə qazanacağına inamını itirib

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 06:01 (UTC +04:00)
Ağ Ev demokratların seçkilərdə qələbə qazanacağına inamını itirib

Bakı. Trend:

Ağ Ev ABŞ Nümayəndələr Palatasına seçkilərin nəticələrindən sonra Demokratların Konqresdə üstünlüyünü itirə biləcəyindən narahatdır.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" agentliyinə administrasiyanın nümayəndələri bildiriblər.

Onların sözlərinə görə, ABŞ-da demokratların qələbəsinə inam yoxdur.

"Ağ Evin ara seçkilərlə bağlı nikbinliyi azaldı, indi onlar demokratların Konqresdə üstünlüyü itirə biləcəyindən narahatdırlar", - deyə administrasiyanın nümayəndələri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti