Bakı. Trend:
İstanbuldan Yekaterinburqa uçan “Sukhoi Superjet 100” sərnişin təyyarəsi Soçi hava limanına məcburi eniş edib.
Trend xəbər verir ki, bu barədə bazar ertəsi "TASS"a təcili xidmətlərdən məlumat verilib.
"İstanbul-Yekaterinburq reysini həyata keçirən "Sukhoi Superjet 100" sərnişin təyyarəsi hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsindən sonra Soçidə məcburi eniş edib. Eniş ştat rejimində baş tutub", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, təyyarə 10 min metrdən bir qədər çox hündürlüyə qalxıb, lakin sonra enməyə başlayıb. "Fövqəladə vəziyyət Qara dəniz üzərində uçuşdan təxminən 18 dəqiqə sonra yaranıb", - deyə mənbə əlavə edib.