...

İtaliyada sürüşmənin baş verdiyi İskya adasında fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 27 Noyabr 2022 17:34 (UTC +04:00)
İtaliyada sürüşmənin baş verdiyi İskya adasında fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

İtaliya hökuməti şənbə günü yağan güclü yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi İskya adasında fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu barədə İtaliya Nazirlər Şurarısın sədri Corca Meloninin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Nazirlər Şurasının bazar günü keçirilən fövqəladə iclasında fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün 2 milyon avro ayrılıb.

"Nazirlər Şurası Baş nazir Corca Meloni və Mülki Müdafiə və Dəniz Siyasəti naziri Nello Muzumeçinin təklifi ilə Milli Fövqəladə Hallar Fondundan 2 milyon avro ayrılaraq fövqəladə vəziyyət elan etmək qərarına gəlib", - deyə açıqlamada qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti