...

Bu gün Estoniyada parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 5 Mart 2023 08:52 (UTC +04:00)
Bu gün Estoniyada parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Bu gün Estoniyada 15-ci çağırış parlament seçkiləri keçiriləcək.

Trend xəbər verir ki, birpalatalı qanunverici orqanda 101 yer uğrunda 968 namizəd mübarizə aparır.

Onlardan 10 nəfəri müstəqil namizəddir.

İctimai rəy sorğularının nəticələrinə görə, seçkilərin favoriti iqtidarda olan İslahatlar Partiyasıdır.

Estoniyanın Mühafizəkar Xalq Partiyası ikinci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti