...

ABŞ Kanada ilə sərhəddə mühafizəni gücləndirib

Dünya xəbərləri Materials 7 Mart 2023 12:58 (UTC +04:00)
ABŞ Kanada ilə sərhəddə mühafizəni gücləndirib

Bakı. Trend:

ABŞ hakimiyyəti xüsusən Meksikadan gələrək ABŞ-a keçməyə çalışan qanunsuz miqrantların sayının artması fonunda Kanada ilə sərhəddə sərhəd xidməti əməkdaşlarının sayını artırıb.

Trend-in məlumatına görə, bu barədə NBC teleşirkəti ABŞ Gömrük və Sərhəd Xidmətinin nümayəndəsinə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, əsasən meksikalılardan ibarət olan miqrantlar qanuni yolla Kanadaya uçur, daha sonra oradan qanunsuz yolla sərhədi keçərək ABŞ-a daxil olmağa çalışırlar.

"Suonton bölgəsində qanunsuz miqrasiyaya görə saxlanılma halları vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir", - ABŞ Gömrük və Sərhəd Xidmətinin nümayəndəsi telekanala deyib.

Suonton bölgəsinə ABŞ-ın Vermont, Nyu-Hempşir və Nyu-York ştatlarının bir hissəsi daxildir. Bu bölgədə 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvar ayına qədər saxlanılan qanunsuz miqrantların sayı öncəki ilin analoji dövrü ilə müqayisədə 846% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti