...

İran-İraq sərhədində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 16 Mart 2023 23:06 (UTC +04:00)

Bakı. Trend:

İran-İraq sərhədində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri İranın Sənəndəc şəhərindən 76 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti