...

1 milyon insan Roma Papasını görmək üçün bu şəhərə axışacaq

Dünya xəbərləri Materials 1 Avqust 2023 15:41 (UTC +04:00)
1 milyon insan Roma Papasını görmək üçün bu şəhərə axışacaq

Bakı. Trend:

Portuqaliyanın paytaxtı Lissabon bu həftə Roma Papasının səfəri ilə bağlı bir milyon zəvvarı qəbul etməyə hazırlaşır.

Trend xarici mətbuata istinadən xəbər verir ki, bu, Portuqaliya tarixində ən kütləvi tədbir ola bilər.

Belə ki, Lissabonun 550 min nəfərdən az əhalisi var. İndiyə qədər rəsmi olaraq 313 min zəvvar qeydiyyatdan keçib ki, onların da 19 faizi İspaniya vətəndaşlarıdır.

Yerli hakimiyyət orqanları təhlükəsizliyin təmin olunmasına 16 min polis və təcili xidmət əməkdaşı cəlb edəcək. Həftə ərzində 500 tədbirin keçirilməsi planlaşdırılır. Portuqaliya hökuməti və kilsə bunun üçün 160 milyon avro ayırıb.

Roma Papası Fransiskin Portuqaliyaya səfəri Ümumdünya gənclər günü münasibətilə avqustun 2-dən 6-dək nəzərdə tutulub. Pontifikin Lissabon şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Hər iki-üç ildən bir keçirilən gənclər yığıncağında ənənəvi olaraq Roma-katolik kilsəsinin rəhbərləri də iştirak edirlər. Ümumdünya gənclər günü 1986-cı ildə Roma Papası İoann II Pavel (1920-2005) tərəfindən təsis edilib. Müxtəlif ölkələrdə keçirilən tədbir sonuncu dəfə 2019-cu ildə Panamada baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti