...

ASELSAN-ın GÖZDE və ASELFLİR-500 sistemlərinin ilk ixracı həyata keçirilib

Dünya xəbərləri Materials 27 Mart 2024 13:32 (UTC +04:00)
ASELSAN-ın GÖZDE və ASELFLİR-500 sistemlərinin ilk ixracı həyata keçirilib

Bakı. Trend:

Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti tərəfindən istehsal edilən GÖZDE və ASELFLİR-500 sistemlərinin ilk ixracı həyata keçirilib.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, ASELSAN beynəlxalq son istifadəçilərinin ehtiyacları üçün təlimat dəstləri və ASELFLIR-500 sistemini əhatə edən ümumi dəyəri 35 milyon 130 min ABŞ dolları olan üç ayrı ixrac müqaviləsi imzalayıb.

Qeyd edək ki, TÜBİTAK SAGE ilə birgə hazırlanan GÖZDE təlimat dəsti, 500 lb. MK-82 ümumi təyinatlı bombaları ANS/KKS və Lazer Axtarıcı (LAB) ilə idarə olunan sursatlara çevirərək sabit və yüksək sürətlə hərəkət edən hədəfləri dəqiq vurmağa imkan verir.

ASELFLIR-500, Pilotsuz Uçuş Aparatları (PUA), helikopterlər və təyyarələr də daxil olmaqla, sabit qanadlı və fırlanan qanadlı hava platformaları üçün hazırlanmış yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemidir.

ASELFLIR-500 sisteminə 3-5 mikrometr Yüksək Rezolyusiyaya malik İnfraqırmızı Kamera, Yüksək Rezolyusiyaya malik Gündüz Baxış Kamerası, Yüksək Rezolyusiyaya malik SWIR Kamera, Lazer Hədəf İşarələmə Bölməsi, Lazer Aralığı Ölçmə Vahidi, Lazer Nöqtə İzləmə və Lazer İşarələmə Cihazı daxildir.

Xəbər lenti

Xəbər lenti