...

Gürcüstan XİN-də Kodor dərəsindəki vəziyyətlə bağlı əlaqələndirici görüş keçiriləcək

Dünya xəbərləri Materials 15 Avqust 2006 16:15 (UTC +04:00)

12:00-da Kodor dərəsindəki vəziyyəti müzakirə etmək üçün Gürcüstan XİN-də avqustun 15-də saat əlaqələndirici görüş keçiriləcək.

Nazirlikdən "Novosti-Qruziya"ya verilən məlumata əsasən, görüşdə Gürcüstanın münaqişələrin nizamlanması üzrə dövlət naziri Merab Antadze, xarici işlər nazirinin müavini Georgi Mancqaladze, müdafiə nazirin müavini Eka Zquladze, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri iştirak edəcək.

Trend xəbər verir ki, ilk əlaqələndirici görüş XİN-də avqustun 9-da bağlı qapılar arxasında keçirilib. Burada xarici işlər naziri Gela Bejuaşvili, müdafiə naziri İrakli Okruaşvili, daxili işlər naziri Vano Merabişvili, münaqişələrin nizamlanması üzrə dövlət naziri Merab Antadze iştirak edib.

Görüşdən sonra brifinq keçirilib. Brifinqdə XİN bəyan edib ki, avqustun 20-nə qədər Gürücstan Kodor dərəsinin gürcülərin nəzarət etdiyi yuxarı hissəsində monitorinqa hazır olacaq, lakin o şərtlə ki, monitorinq paralel olaraq abxazların nəzarət etdiyi aşağı hissədə də keçirilsin.

Xəbər lenti

Xəbər lenti