...

"Gəncə Qapısı" dərgisinin ikinci sayı işıq üzü görüb

Mədəniyyət Materials 21 İyul 2016 10:37 (UTC +04:00)
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə Bölməsinin orqanı olan “Gəncə Qapısı” dərgisinin ikinci sayı işıq üzü görüb.
"Gəncə Qapısı" dərgisinin ikinci sayı işıq üzü görüb

Bakı. Trend:

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə Bölməsinin orqanı olan “Gəncə Qapısı” dərgisinin ikinci sayı işıq üzü görüb.

AYB-dən Trend-ə verilən məlumata görə, dərgi Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə Bölməsinin sədri Xəzangül Hüseynovanın “Gəncə Qapısı” sizi gözləyir” sərlövhəli məqaləsi ilə açılır. Məqalədə Gəncə şəhərində aparılan quruculuq-abadlıq işləri, eləcə də burada yazıb-yaradan qələm adamlarının yaradıcılığı barədə geniş məlumat verilir.

Dərginin publisistika bölməsində X.Hüseynovanın “Fikrət Qoca haqqında düşüncülər”, Ramiz Təmkinin “Çağdaş ədəbiyyatımızda Nəriman Həsənzadə səmimiyyəti”, Sahib İbrahimlinin “Yer sevgisi, Göy arzusu” və Nadir Ovçunun “Döyüşən mənəviyyat” məqalələri yer alıb.

Poeziya və nəsr bölmələrində isə Gəncəbasarda yaşayan şair və yazıçların yaradıcılığından nümunələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti