...

"Ay kimi axtarır?" kitabının təqdimatı olub

Mədəniyyət Materials 7 Noyabr 2016 14:24 (UTC +04:00)
"Ay kimi axtarır?" kitabının təqdimatı keçirilib.
"Ay kimi axtarır?" kitabının təqdimatı olub

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə istedadlı şair Aləmzər Əlizadənin Moskvada işıq üzü görmüş “Кого ищет луно” (Ay kimi axtarır?) kitabının təqdimatı keçirilib.

AYB Gəncə Bölməsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan bölmənin sədri Xəzangül Hüseynova bildirib ki, kitabın xaricdə çap olunması Gəncə ədəbi mühiti tərəfindən sevinclə qarşılanıb. O qeyd edib ki, A.Əlizadə respublika ədəbi mühitində uşaq şairi və yazıçısı olsa da, eyni zamanda peşəkar dramaturq kimi də tanınır. A.Əlizadənin 6 pyesi Gəncə Dövlət Kukla Teatrında tamaşaya qoyulub, balaca tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Sədr həmçinin A.Əlizadənin şeirlərindən nümunələr söyləyib.

Sonra tanınmış yazıçı Qərib Mehdi bildirib ki, A.Əlizadə uşaq psixalogiyasını yaxşı bilən şairlərdəndir. O, öz poetik dünyasında uşaq aləminə daxil olan və uşaq şeirləri ilə uşaq dünyasını səciyyələndirən qələm sahibidir.

Sonra yazıçı və şairlərdən Nüşabə Əsəd Məmmədli, İnqilab İsaq, Fazil Sənan, Ümbülbanu, Ramiz Təmkin, Gülafət, Ofelya Mədətqızı və başqaları A.Əlizadə poeziyası haqqında mülahizələrini bildiriblər, şairə həsr etdikləri şeirləri oxuyublar. Sonda çıxış edən A.Əlizadə tədbirin təşkilatçılarına təşəkkür edib və yeni şeirlərini oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti