...

"Ünvansız məktub" kitabının təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 4 Aprel 2017 12:56 (UTC +04:00)
Tamara İslamqızının “Ünvansız məktub” kitabının təqdimatı keçirilib.
"Ünvansız məktub" kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə Bölməsinin təşkilatçılığı ilə Tamara İslamqızının “Ünvansız məktub” kitabının təqdimatı keçirilib.

Tədbiri AYB Gəncə Bölməsinin sədri Xəzangül xanım açaraq həkim-şair T.İslamqızının yaradıcılığı haqqında məlumat verib, onun şair ruhundan, söz duyumundan, poetik nümunələrindən danışıb. Tamara xanım öz işini-həkimlik peşəsini nə qədər ürəkdən sevsə də, hələ orta məktəb illərindən qəlbinin ağrı-acısını, sevinc-kədərini, zərif, incə duyğularını şeirin, poezyanın dili ilə deməyi sevməsindən bəhs edib.

Yazıçı Fərruxə Umarova “Ünvansız məktub” kitabının redaktoru kimi çıxışında qeyd edib ki, T.İslamqızının müraciət etdiyi mövzular müxtəlifdir. Burada ata-anaya hörmət, el-oba sevgisi, saf məhəbbət, torpaq, yurd həsrəti ilə yanaşı, şəhid oğulların da nisgili, ağrı-acısı misra-misra, bənd-bənd özünə yer alır.

Şair və yazıçılardan Nüşabə Əsəd Məmmədli, Sahib İbrahimli, Fazil Sənan, Oqtay Abdulla, İqbal Çəpli, İmamverdi Məmmədov, Rəhim Qurbani, Fatma Cəfərova, Aləmzər Əlizadə kitab haqqında danışaraq, şairə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda Tamara xanım kitab təqdimatını yüksək səviyyədə keçirildiyinə görə AYB Gəncə Bölməsinə təşəkkür edib və yeni şeirlərini oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti