...

XİN rəhbəri: Bakıda Xorvatiya səfirliyinin işə başlaması gələcək əməkdaşlıq üçün yeni yol açır

Gündəm Materials 29 Aprel 2019 19:05 (UTC +04:00)
Bakıda Xorvatiya səfirliyinin fəaliyyətə başlaması gələcək əməkdaşlıq üçün yeni yol açır.
XİN rəhbəri: Bakıda Xorvatiya səfirliyinin işə başlaması gələcək əməkdaşlıq üçün yeni yol açır

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Xorvatiya səfirliyinin fəaliyyətə başlaması gələcək əməkdaşlıq üçün yeni yol açır.

Trend-in məlumatına görə, bunu Xorvatiya baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriç səfirliyin açılış mərasimində deyib.

O qeyd edib ki, bu addım ikitərəfli münasibətlərdə vacib səhifədir və ölkələr arasında dostluq münasibətlərini daha da möhkəmləndirməyə imkan verəcək.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Komissiyasının yaradılması yeni aparıcı qüvvə olacaq.

Baş nazirin müavini həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu vurğulayıb.

Vergilər naziri Mikayıl Cabbarov da öz növbəsində bildirib ki, Xorvatiyanın Bakıda səfirlik açmaqla bağlı qərarı iki ölkə arasında dostluq və etimad mühitinə uyğundur. Nazir həmçinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli səfərlərin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti