...

Bakıda "kriminal avtoritet"i qətlə yetirən şəxs saxlanıldı

Gündəm Materials 10 May 2019 09:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda "kriminal avtoritet"i qətlə yetirən şəxs saxlanılıb.

Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. H.Tağıyev şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti