...

Həftəsonu karantin qaydalarını pozan 1443 sürücü məsuliyyətə cəlb edildi

Gündəm Materials 8 İyun 2020 10:07 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi karantin qaydsalarını pozan şəxslərlə bağlı məlumat yayıb.
Həftəsonu karantin qaydalarını pozan 1443 sürücü məsuliyyətə cəlb edildi

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantin qaydalarını pozan şəxslərlə bağlı məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1443 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 135 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1583 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti