...

Binəqədidə karantin qaydalarını pozanlar cərimələnib (FOTO)

Gündəm Materials 11 Avqust 2020 19:53 (UTC +04:00)
Binəqədidə karantin qaydalarını pozanlar cərimələnib (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən marketlər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Trend-in məlumatına görə, Binqədi Rayon İcra Hakimiyyəti, Binəqədi RPİ və 4-cü Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən “Al” və “Grand” marketlərin xidmət personallarının karantin qaydalarına zidd olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etmədikləri aşkar olunub.

Qanunverciliyə uyğun olaraq, onlardan 4 nəfər - obyektin icarədarı və işçiləri qanunverciliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti