...

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Gündəm Materials 28 Aprel 2023 17:34 (UTC +04:00)
Səlim Müslümovun məhkəməsi təxirə salındı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, Səlim Müslümovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. proses gələn həftəyə təyin olunub.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti