...

İstintaq orqanı Səlim Müslümovun ödədiyi məbləği məhkəməyə təqdim etməyib

Gündəm Materials 15 May 2023 17:40 (UTC +04:00)
İstintaq orqanı Səlim Müslümovun ödədiyi məbləği məhkəməyə təqdim etməyib

Bakı. Trend:

Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, prosesin təxirə salınmasına səbəb israfetmə epizodu üzrə ayrılmış cinayət işində dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanı tərəfindən yekun məlumatın məhkəməyə təqdim edilməməsi olub.

Hakim bildirib ki, həm müdafiə, həm də ittiham tərəfi ziyanın hansı hissədə ödənilməsinin dəqiqləşdirilməsində maraqlıdır. Buna görə də proses mayın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti