...

Daha bir nəfər minaya düşüb (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 5 Fevral 2024 12:18 (UTC +04:00)
Daha bir nəfər minaya düşüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Fevralın 5-də saat 11:45 radələrində Ağdərə rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.

XXX
12.14

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Ağdərə rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dünən də Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı nəticəsində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənəli Şahin oğlu ayağından xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti