...

Lerikdə yarım metr hündürlüyündə qar yağıb

Hadisə Materials 18 Dekabr 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lerik rayonunda güclü qarın yağması ilə əlaqədar enerji problemi yaranıb. Rayonun Elektrik Paylayıcı Şəbəkəsinin rəisi Aydın Məmmədov çərşənbə axşamı Trend ə bildirib ki, güclü qarın yağması nəticəsində elektrik xətlərində qırılmalar yaranıb.

Dekabrın 17-də Lerik rayonuna 40-50 sm hündürlüyündə qar yağıb.

Məmmədov deyib ki, elektrik enerjisinin verilməsini təmin etmək üçün təmir işlərinə başlanılıb. Onun sözlərinə görə, baş verən qəza ilə əlaqədar Lerik rayonu 2 gün işıqsız qalacaq.

Lerik paytaxt Bakıdan 320 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti