...

Türkiyədə növbəti terror aktı olub, azı bir hərbçi ölüb

Hadisə Materials 17 Avqust 2011 17:36 (UTC +04:00)
Bu gün Türkiyədə Hakkari şəhərinin Çukurca dairəsində baş verən və 7 hərbi qulluqçunun həyatına son qoyan terror aktının ardınca növbəti terror aktı baş verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.
Türkiyədə növbəti terror aktı olub, azı bir hərbçi ölüb

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Bu gün Türkiyədə Hakkari şəhərinin Çukurca dairəsində baş verən və 7 hərbi qulluqçunun həyatına son qoyan terror aktının ardınca növbəti terror aktı baş verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazır.

Səhər terror aktı baş verən yerdə mina partlayıb. Orada hadisənin təfərrüatları araşdırılırmış. Bir hərbi qulluqçu həlak olub, digəri ağır yaralanıb. Yaralanan əsgər yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Baş verən hadisənin təfərrüatları dəqiqləşdirirlir.

Bu gün Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda hərbi avtomobil karvanının hərəkəti zamanı partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti yazıb.

Partlayış nəticəsində aralarında tabor komandiri olmaqla, yeddi hərbiçi ölüb. Yaralıların sayı on bir nəfərə çatıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Hadisə yerində istintaq işləri aparılır.

İlkin ehtimallara görə, terror aktını Kürd Fəhlə Partiyasının (PKK) üzvləri təşkil ediblər. Partlayış baş verdikdən sonra maşındakı hərbçilərə atəş açılıb.

Türkiyə prezidenti Abdullah Gül terror aktı ilə bağlı bəyanatla çıxış edib və ölkə hakimiyyətinin terrorizmlə mübarizə əməliyyatlarına başlamaq üçün Ramazan ayının başa çatmasını gözləməyəcəyini qeyd edib.

"Dövlətdən güclü heç nə yoxdur. Partlayışlar, silah və qətllərin köməyi ilə Türkiyə hakimiyyətindən nəsə əldə etməyə nail olacaqlarını hesab edənlər çox yanılırlar", - Gül deyib.

Xəbər lenti

Xəbər lenti