...

Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar (FOTO)

Hadisə Materials 12 İyul 2017 12:10 (UTC +04:00)
İyulun 11-də gecə saatlarında metronun "Gənclik" stansiyasından Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən qatara minən futbol azarkeşləri vaqonlardan birinə ciddi ziyan vurublar.
Futbol azarkeşləri Bakı metrosunda vaqona ziyana vurublar (FOTO)

Bakı. Samir Əli - Trend:

İyulun 11-də gecə saatlarında metronun "Gənclik" stansiyasından Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən qatara minən futbol azarkeşləri vaqonlardan birinə ciddi ziyan vurublar.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, dünən keçirilmiş "Qarabağ" - "Samtredia" oyunundan sonra azarkeşlər həmin marşrut üzrə hərəkət edən qatarın 1566 saylı vaqonunun tavanını dağıdıblar:

"Qarabağ" futbol klubunun oyunundan çıxıb "Gənclik" stansiyasına düşən bəzi şəxslər ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqona ziyan vurublar. Onlar əllərindəki bayraqların taxtaları ilə vaqonu və videomüşahidə kamerasını zədələyiblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti