...

Ağdaşdakı qatil tutulub

Hadisə Materials 17 Avqust 2017 13:50 (UTC +04:00)
Ağdaş sakininə kəsici-deşici alətlə xəsarət yetirən şəxs tutulub.
Ağdaşdakı qatil tutulub

Bakı. Trend:

Ağdaş sakininə kəsici-deşici alətlə xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 16-da Ağdaş rayonunun Qəribli kəndi ərazisindən kənd sakini Sahib Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti