...

Şahid: Leyla Şıxlinskayanın itinin qidası üçün ayda 500 manat ayrılıb

Hadisə Materials 26 Aprel 2018 17:08 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Şahid: Leyla Şıxlinskayanın itinin qidası üçün ayda 500 manat ayrılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən ekspert Zaur Məmmədov bildirib ki, klinikaya aid mühasibatlıq sənədlərini yoxlayıb: "Klinikanın bizə təqdim etdiyi sənədlər "qara mühasibatlıq" sənədləri idi. Biz həmin sənədlərdə yalnız rəqəmlərlə işlədik, sənədin doğruluğuna istintaq qiymət vermişdi".

Vəkil bildirib ki, həmin sənədlərdə Leyla Şıxlinskayanın itinin aylıq yeməyi üçün 500 manatlıq xərc yazılıb. O, ekspertə sual verərək bunun da mühasibatlıq sənədi olub-olmadığını soruşub.

Ekspert Z.Məmmədov faktı təstiqləyib.

Daha sonra müdafiə tərəfi işlə bağlı ekspertiza keçirilməsi üçün vəsatət qaldırıb.

Məhkəmədə fasilə elan olunub

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Xəbər lenti

Xəbər lenti