Bakı. Samir Əli - Trend:
Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb.
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə məlumat verilib.
Bildirilib ki, həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.
Faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Xatırladaq ki, Bakıda naməlum şəxs qadın və azyaşlıya zor tətbiq etməsi barədə sosial şəbəkədə məlumat yayılıb.