...

Lənkəranda ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 19 Mart 2020 16:41 (UTC +04:00)

Bakı. Trend:

Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 18-də saat 21 radələrində şəhər ərazisində Göyşaban kənd sakini E.Səfərli idarə etdiyi “VAZ-21703” markalı avtomobili yol ayırıcısına vurub və aşaraq yolun kənarında dayanıb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sərnişini Hidayət İbrahimov orada ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti