...

Bakı polisi bir gündə 16 cinayətin üstünü açdı

Hadisə Materials 25 Mart 2020 10:24 (UTC +04:00)
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-da 16 cinayətin üstü açılıb
Bakı polisi bir gündə 16 cinayətin üstünü açdı

Bakı. Samir Əli - Trend:

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 24-da 16 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 4-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Quldurluq üzrə 3, narkotiklərin qanunsuz dövriyyəsinə görə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti