...

Bakı polisi əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

Hadisə Materials 13 May 2020 11:03 (UTC +04:00)
Bakı polisi əməliyyat keçirdi, heroin alverçisi yaxalandı

Bakı. Samir Əli - Trend:

Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Baba Pənahov saxlanılıb.

Üzərinə baxış keçirilərkən ondan 1, 850 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti