...

Bu gün həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayətinə baxılacaq

Hadisə Materials 18 Sentyabr 2020 11:13 (UTC +04:00)
Bu gün həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayətinə baxılacaq

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi ilə bağlı qərardan apelyasiya şikayəti verilib.

Trend-in məlumatına görə, şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun icraatına verilib. Şikayətə bu gün baxılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, məhkəmə vəsatəti təmin etməyib.

E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti