...

Narkotik çəkib motosiklet idarə edən daha bir sürücü həbs olundu

Hadisə Materials 22 Mart 2025 10:54 (UTC +04:00)
Narkotik çəkib motosiklet idarə edən daha bir sürücü həbs olundu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, dövlət qeydiyyat nişansız və səkidə piyadaların hərəkətinə maneə yaradan “Minsk” markalı nəqliyyat vasitəsinin sürücüsü Surac İbrahimov saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.İbrahimovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.İbrahimov qırx beş gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər lenti

Xəbər lenti