...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2009 11:41 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 23-də saat 12.50-dən 13.05-dək və 21.30-dan 21.35-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 21.25-dən 21.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 23.10-dan 23.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; martın 24-də saat 01.00-dan 01.45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 05.50-dən 06.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti