...

Minsk qrupunun həmsədrləri: "Biz hakim, vəkil deyilik" (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2015 17:41 (UTC +04:00)
ATƏT-in Minsk qrupu AŞ PA-nın qətnaməsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca gərginliyin artması ilə bağlı ifadəATƏT-in Minsk qrupu AŞ PA-nın qətnaməsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca gərginliyin artması ilə bağlı ifadə edilmiş narahatlığı bölüşür. edilmiş narahatlığı bölüşür.
Minsk qrupunun həmsədrləri: "Biz hakim, vəkil deyilik" (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:37-də yayılıb)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

ATƏT-in Minsk qrupu AŞ PA-nın qətnaməsində Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca gərginliyin artması ilə bağlı ifadə edilmiş narahatlığı bölüşür.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə həmsədrlərin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz insanların, o cümlədən mülki şəxslərin ölməsindən dərin təəssüf hissi keçiririk. Razılaşırıq ki, münaqişə xeyli müddətdir uzanır. Tərəflər sülh yolu ilə tənzimləməni sürətləndirmək üçün bütün zəruri tədbirləri görməlidirlər".

Həmçinin bəyanatda qeyd edilir: "Biz AŞ PA-da hazırda müzakirə edilən qətnamə layihəsi və məruzə barədə Minsk qrupunun həmsədrlərinə daxil olmuş suallara cavab olaraq vurğulayırıq ki, AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına diqqətini nəzərə alırıq. Qətnamədə təmas xəttində gərginliyin artması ilə bağlı ifadə edilmiş narahatlığı bölüşürük".

Həmsədrlər əmindirlər ki, nizamlamanın danışıqlar əsasında əldə edilməsi üzrə tədbirlər tərəflər arasında qarşılıqlı sazişə söykənməlidir.

Bəyanata əsasən, həmsədrlər ATƏT-in təsdiq etdiyi mandatı diqqətə alaraq tərəflərə kömək etməyə davam edəcəklər: "ATƏT-in mandatına uyğun olaraq vəzifəmiz münaqişənin sülh yolu ilə tənzimlənməsinə kömək etməkdən, o cümlədən hərtərəfli nizamlanma üzrə danışıqları asanlaşdırmaqdan ibarətdir. Biz konkret mövqelər üçün hakim, vəkil deyilik".

Bəyanatda vurğulanır ki, münaqişənin həlli üzrə yeni danışıq formatları və işçi qruplarının yaradılması üzrə təkliflər var: "Hesab edirik ki, Minsk qrupu çərçivəsində əməkdaşlığın unikal təcrübəsi var. Tərəflər Minsk qrupu formatını qəbul edir və ATƏT-in bütün iştirakçı dövlətləri bu formata tam etibar edirlər. Danışıqların həssaslığını nəzərə alsaq, formatı dəyişmək və ya paralel mexanizmlər yaratmaq cəhdləri danışıqlar prosesini poza və tənzimləmədə tərəqqiyə mane ola bilər. Eyni zamanda biz münaqişənin ədalətli və davamlı həlli yolunun axtarışına maraq göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti