...

Bakı şəhər prokurorluğunun 4 əməkdaşı prokurorluq orqanlarından qovulub

Siyasət Materials 23 Yanvar 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Ötən il Bakı şəhər prokurorluğunun 4 əməkdaşı prokurorluq orqanlarından xaric edilib. Trend in məlumatına görə, bu barədə Bakı şəhər prokuroru Əziz Seyidov ötən ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.

Prokuror bildirib ki, bu müddətdə Bakı şəhər prokurorluğunun 17 əməkdaşı müxtəlif pozuntulara və qanunsuzluqlara yol verdiyi üçün baş prokurorun əmri ilə intizam qaydasında cəzalandırılıb.

Respublika Prokurorluğu ötən il ərzində cəzalandırılan və prokurorluq orqanlarından xaric edilən prokurorluq orqanlarının əməkdaşlarının sayını hələlik açıqlamayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev Trend ə bildirib ki, bu barədə ilin yekunlarına dair Respublka Prokurorluğunda keçiriləcək əməliyyat müşavirəsində məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti