...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 14 Mart 2008 10:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 13-də saat 14.00\-dan 14.20-dək və saat 23.40-dan 00.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd, Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 15.10-dan 15.30-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 15.20-dən 15.40-dək və saat 23.50-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, martın 14-də saat 04.55-dan 05.05-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti