...

Azərbaycan Parlamenti ABŞ Prezidenti və Konqresinə müraciət qəbul edib

Siyasət Materials 15 Dekabr 2009 18:47 (UTC +04:00)
Azərbaycanın Milli Məclisi (parlament) ABŞ-ın Dağlıq Qarabağ separatçı rejiminə yardım ayrılması haqqında qərarına etiraz əlaməti olaraq ABŞ Prezidenti və Konqresinə müraciət qəbul edib.
Azərbaycan Parlamenti ABŞ Prezidenti və Konqresinə müraciət qəbul edib

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir A.Hüseyinbala/

Azərbaycanın Milli Məclisi (parlament) ABŞ-ın Dağlıq Qarabağ separatçı rejiminə yardım ayrılması haqqında qərarına etiraz əlaməti olaraq ABŞ Prezidenti və Konqresinə müraciət qəbul edib.

Müraciətdə ABŞ-ın həmin qərara veto qoyacağına ümid ifadə edilir. Bu müraciət Milli Məclisin 108 deputatı tərəfindən qəbul edilib.

Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti