...

Azərbaycan Prezidenti dördüncü çağırış Milli Məclisin ilk iclasında iştirak edib (FOTO)

Siyasət Materials 29 Noyabr 2010 21:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Deputatlar dövlət başçısını hərarətli alqışlarla qarşılayıblar.
Azərbaycan Prezidenti dördüncü çağırış Milli Məclisin ilk iclasında iştirak edib (FOTO)

RED. əlavəsi: Fotoşəkillər əlavə olunub

Noyabrın 29-da dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Deputatlar dövlət başçısını hərarətli alqışlarla qarşılayıblar.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb.

Parlamentin daxili nizamnaməsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasını aparan ən qocaman deputat Fəttah Heydərov iclası açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Milli Məclisin daxili nizamnaməsinə əsasən seçilən deputatların siyahısı oxunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda nitq söyləyib.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti