...

Buxarestdə ümummilli lider Heydər Əliyevin vəfatının ildonümü ilə əlaqədar anma mərasimi keçirilib

Siyasət Materials 12 Dekabr 2012 16:52 (UTC +04:00)
Azarbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildonümü ilə əlaqədar bu gün Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anma mərasimi keçirilib.

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azarbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildonümü ilə əlaqədar bu gün Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anma mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anma mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Rumıniya Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının idarə heyətinin üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, "Paul Polidor" adına Fond və türk-tatar icmasının nümayəndələri, Heydər Əliyev adına təqaüdə layiq gorülmüş tələbələr və Rumıniyada yaşayan və təhsil alan tələbələrimiz, İran azərbaycanlıları və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Buxarest şəhərində ucaldılan büstü önünə əklillər qoyulub.

Mərasimdə iştirak edən səfir Eldar Həsənov görkəmli siyasi xadim Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, onun Azərbaycan Respublikasının müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitlik və dinamik iqtisadi inkişafın bərqərar olunmasında, Rumıniya ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasındakı misilsiz xidmətlərindən bəhs edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti