...

Azərbaycan və Rusiya XİN rəhbərləri iki ölkənin yüksək səviyyədə fəal dialoqunu vurğulayıblar

Siyasət Materials 25 May 2015 14:15 (UTC +04:00)
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Moskvada keçirilən danışıqlarda iki ölkə arasında yüksək səviyyədə fəal dialoqu vurğulayıblar ki, bu da ikitərəfli əməkdaşlığın istisnasız bütün məsələlərini həll etməyə imkan verir.
Azərbaycan və Rusiya XİN rəhbərləri iki ölkənin yüksək səviyyədə fəal dialoqunu vurğulayıblar

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Moskvada keçirilən danışıqlarda iki ölkə arasında yüksək səviyyədə olan fəal dialoqu vurğulayaraq bunun ikitərəfli əməkdaşlığın istisnasız bütün məsələlərini həll etməyə imkan verdiyini bildiriblər. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

S.Lavrov görüşdə deyib: "Sizi Moskvada salamlamağa şadıq. Bakıda insanların ölümü ilə nəticələnniş yanğınla əlaqədar başsağlığı vermək istərdim. Sizin rəsmi səfəriniz çərçivəsində danışıqların keçirilməsi imkanına dəyər veririk. Rəhbərlərimiz tərəfindən qoyulan dəqiq məqsədlərimiz var. Rusiya və Azərbaycan prezidentləri mütəmadi görüşürlər, onlar arasında konstruktiv dialoq var ki, bu da istisnasız bütün məsələləri həll etmək üçün şərait yaratmağa imkan verir.

E.Məmmədyarov da öz növbəsində bildirib ki, danışıqlar zamanı ikitərfli əməkdaşlığın bütün aspektlərini müzakirə etmək niyyətindədir: "Ümid edirəm ki, rəhbərlərimizin tapşırıqlarını yerinə yetirməkdə irəliyə hərəkət edə biləcəyik. Rəhbərlərimzin verdiyi tapşırıqlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasını təsdiq edir".

Azərbaycan XİN rəhbəri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcəyi gözlənilir: "Səfər zamanı aktual olan gündəmin konkret məsələlərini müzakirə etmək planlaşdırılır. Əlaqələrimiz yüksək səviyyədədir və səmərəli inkişaf edir, əmtəə dövriyyəsi artır, beynəlxalq təşkilatlarda əməkdaşlıq həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti