...

Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri Prezident İlham Əliyevə başsağlığı verdi

Siyasət Materials 8 Dekabr 2015 16:40 (UTC +04:00)
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri Prezident İlham Əliyevə başsağlığı verdi

Bakı. Trend:

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Trend-in məlumatına görə, başsağlığında deyilir: "Ölkənizi matəmə qərq edən Xəzər dənizindəki "Günəşli" yatağının platformasında baş vermiş güclü yanğın nəticəsində bir çox insanların həyatını itirməsi Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvlərini və məni cox kədərləndirdi.

Zati-aliləri, bu ağır sınaqda Sizinlə birgə olduğumuzu bildirir, bütün həlak olmuş vətəndaşlarınızın ailələrinə başsağlığı verir və Sizə ən dərin hörmət hisslərimi ifadə edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti